SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Təmirli və təmirsiz evə eyni kompensasiya - Sakinlər narazıdır

Təmirli və təmirsiz evə eyni kompensasiya - Sakinlər narazıdır

  • 11 may 2025, 23:33

Bir evin təmirinə 50 min manat xərc çəkilib, digəri isə təmirsizdir. Ancaq plana düşən zaman həmin evlərin kvadratına eyni məbləğdə kompensasiya hesablanır.

Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, əmlak eksperti Elnur Azadov bildirib ki, təmirli və təmirsiz mənzil məsələsi MTK-larla sakinlər arasında çox vaxt problemə çevrilir.

Ekspertin sözlərinə görə, ölkədə 80-dən çox qiymətləndirmə şirkəti və qiymətləndirmə haqqında qanunlar var. Məhz bu cür hallarda proses qanunla tənzimlənməli, qiymətləndirmə şirkətləri məsələyə cəlb olunmalıdır.

Qeyd edək ki, sakinlər və MTK arasında bununla bağlı yaranan narazılıq bəzi hallarda hətta məhkəmələrə qədər uzanır.

Ətraflı süjetdə: