Baharın müjdəçisi olan Novruzun üçüncü qapısı açılır. Bu gün Azərbaycan xalqı dörd yaradılış ünsüründən biri olan havanın həyatverici gücünü – Yel çərşənbəsini qeyd edir. El arasında "Külək oyadan" adlandırılan bu gün, sanki təbiətin donmuş nəfəsini isidir, otları yuxudan oyadır və yazın gəlişini xəbər verir.
Yurd.Media xatırladır ki, bu gün həm də niyyətlərin küləyin qanadlarında mənzilə çatdığı, söyüd budaqlarının yerlə təmas edib diləkləri qəbul etdiyi müqəddəs bir zamandır.
Yazın gəlişini tezləşdirmək üçün Yel babanı nəğmə ilə çağırardılar.
Yel çərşənbəsinin geniş yayılmış inanclarından biri də niyyət tutulmasıdır. Belə ki, çərşənbə gecəsi söyüd ağacının altına gedib niyyət edib və Yel babanı çağırardılar. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa deməli diləyin yerinə yetəcək.
Yel çərşənbəsinin başqa biri ayinlərindən biri də həmin gün həyətlərdə yelləncəklərin qurulmasıdır. Bir-bir oğul-uşaq, qız-gəlin yelləncəklərdə yellənər.
Deyilənə görə, Yel çərşənbəsi ilə əsən külək təzəcə çıxmış otları oyadaraq, Novruzun gəlişini xəbərdar edir.
Qeyd edək ki, ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq.
Bu il Yaz fəsli Azərbaycana 20 mart 18:45-də daxil olacaq.
Nazirlər Kabinetinin qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.