SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
TƏBİB-in göstərdiyi xidmətlər 14 faiz artıb

TƏBİB-in göstərdiyi xidmətlər 14 faiz artıb

  • 30 yanvar 2026, 09:41

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibbi müəssisələrində ötən il göstərilən xidmət sayında əvvəlki il ilə müqayisədə artım müşahidə olunub. Belə ki, sözügedən müddət ərzində 93 milyon 970 min 438 (12 mln. 137 min 680 stasionar, 81 mln. 832 min 758 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2024-cü il ilə müqayisədə 14 % artıb.

Bu barədə TƏBİB-dən Yurd.Media-ya bildirilib.

Məlumata görə, keçən il ərzində ümumilikdə 25 milyon 599 min 556 müraciət qeydə alınıb, bunlardan 530 min 447-si stasionar, 25 milyon 69 min 109-u ambulator olub.

Tibb müəssisələrinə olan müraciətlərin ümumi sayı 2024-cü il ilə müqayisədə 6 % çox olub.

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Ötən il ərzində 40 mln. 107 min 778 sayda laborator müayinələr aparılıb ki, onların da 6 mln. 149 min 573-ü stasionar, 33 mln. 958 min 205-i ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü il ilə müqayisədə 20 % artım qeydə alınıb.

Cərrahi əməliyyat və prosedurlarda da ötən illərlə müqayisədə artım müşahidə olunub. İl ərzində 377 min 835 cərrahi əməliyyat və prosedur (353 min 485 stasionar, 24 min 350 ambulator olmaqla) icra olunub. Cərrahi əməliyyat və prosedurların sayı 2024-cü il ilə müqayisədə 1% artıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları