SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Şuşada 600-dək şəxs işə düzəlib

Şuşada 600-dək şəxs işə düzəlib

  • 08 noyabr 2025, 18:19

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Şuşa şəhərinə köçürülmüş sakinlərdən 600-dək şəxsi məşğulluq tədbirlərinə cəlb edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Yurd.Media-ya verilən məlumata görə, onlardan 587 nəfərin məşğulluğu təmin olunub (o cümlədən, 26 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 7 nəfər isə peşə kurslarına cəlb edilib.

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları