SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bu yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılır

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bu yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılır

  • 15 may 2025, 12:05
Abşeron

17 may saat 00:00-dan dan etibarən Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsinin 16-cı kilometrində tikintisi davam edən tunelin giriş hissəsinin qurulması ilə əlaqədar olaraq, İlqar Abdullayev küçəsində (Masazır-Novxanı avtomobil yolu ilə birləşməsindən Saray Polis Bölməsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkəti tam şəkildə məhdudlaşdırılacaq.

Yurd.Media "APA-Economics"-ə istinadən xəbər verir ki, hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifafə etmələri xahiş olunur.

Prime Leasing
SPE Annual Caspian