SÜJET

Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Qurban bayramı Süni intellekt Böyük Qayıdış
Suriyadan Azərbaycana gətirilən şəxslər sosial xidmət müəssisəsinə yerləşdirilib

Suriyadan Azərbaycana gətirilən şəxslər sosial xidmət müəssisəsinə yerləşdirilib

  • 10 iyun 2025, 16:55

Suriyadan Azərbaycana gətirilən 13 nəfər (9 uşaq, 1 kişi, 3 qadın) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilib.

Yurd.Media xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

Bildirilib ki, repatriasiya olunmuş şəxslərlə sosial xidmət müəssisəsində ilkin tibbi, sosial-psixoloji dəstək işləri aparılıb.

Növbəti mərhələdə isə repatriasiya olunmuş şəxslərin Agentliyin sosial işçiləri və psixoloqları tərəfindən sosial-psixoloji vəziyyətləri qiymətləndirilib. Hazırda hər bir repatriantla bağlı fərdi inkişaf planı əsasında sosial-psixoloji dəstək tədbirləri həyata keçirilir.

Repatriantların sosial reabilitasiyası onların öz mənşə ailələrində digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində davam etdirilir.

Sosial Xidmətlər Agentliyi tərəfindən son illərdə 550-yə yaxın repatriant sosial reabilitasiya və re-inteqrasiya xidmətləri ilə təmin edilib.

Prime Leasing