SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Sülhdən öncə iqtisadi təməl: ExxonMobil Azərbaycanda niyə genişlənir?

Sülhdən öncə iqtisadi təməl: "ExxonMobil" Azərbaycanda niyə genişlənir?

  • 08 avqust 2025, 11:46

Cənubi Qafqazda sülh danışıqlarının həlledici mərhələsində ABŞ-ın ən böyük neft şirkəti ilə SOCAR arasında imzalanan memorandum təsadüfi deyil. Bu, regionda yeni geosiyasi və geoiqtisadi konfiqurasiyanın formalaşmasının bariz göstəricisidir.

Yurd.Media-nın məlumatına görə, iqtisadçı-ekspert Eldəniz Əmirov məsələ ilə bağlı bildirib ki, ABŞ "ankor" şirkətini öncədən Qafqazda lövbər saldırır:

"Çünki Cənubi Qafqazda iqtisadi iştirak yalnız diplomatiya ilə yox, real biznes öhdəlikləri ilə bağlanmalıdır. "ExxonMobil" həm AÇG-də 6.8% payla, həm də BTC-də 2.5% payla artıq sistem oyunçusudur. Yeni müqavilə isə bu varlığı növbəti mərhələyə daşıyır".

O qeyd edib ki, siyasi risk aşağı düşən kimi regiona ciddi kapital axını olacaqdır:

"Zəngəzur dəhlizi isə yalnız gediş gəliş yolu deyil. Nəqliyyat, enerji və rəqəmsal kommunikasiya arteriyasıdır. Buna görə də bu saziş ABŞ-ın vasitəçiliyi ilə bu dəhlizin iqtisadi doldurulması üçün “iri oyunçu gəlir” mesajı ola bilər.

Nəzərə alaq ki, hələ İyun ayında açıqlanan ExxonMobil–SOCAR quru (onshore) kəşfiyyat-hasilat razılaşmaları Azərbaycanın hasilatı stabil saxlamaq məqsədini daşıyırdı. İndi Vaşinqtondakı bu memorandum həmin xəttin siyasi dayağını daha da möhkəmləndirir.

Eyni zamanda bu dəhliz axı, təkcə Naxçıvanla bağlantı üçün deyil, Orta Asiya çox profilli enerji resurslarının Qafqaz üzərindən ötürülməsini da real edir. Çünki Zəngəzu dəhlizi beynəlmiləşəcək strateji tranzit koridoru olacaq".

iqtisadçı-ekspert Eldəniz Əmiroviqtisadçı-ekspert Eldəniz Əmirov
 

Ekspert bildirib ki, Vaşinqtonda sadəcə sülh sənədi imzalamaq ABŞ üçün adi simvolik olardı:

"Amma ABŞ Qafqazlarda praktiki iqtisadi iz buraxmaq istəyir. ExxonMobil–SOCAR Memorandumu sülhdən bir gün öncə elan olunmaqla, regional oyunda ABŞ-ın iqtisadi payını rəsmiləşdirən texniki addımdır və Moskva-Tehran xətti üçün dağıdıcı effektdir.

Və nəhayət bu proseslər Bakını sülh sonrası sürət zolağına çıxaran proseslərdir".

Prime Leasing