SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Şeyxülislam: II Qaragenlə görüşməyi özümə yaraşdırmıram

Şeyxülislam: II Qaragenlə görüşməyi özümə yaraşdırmıram

  • 06 iyun 2025, 10:01

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bütün ermənilərin katolikosu II Qaragenlə hələlik görüşmək istəmədiyini bəyan edib.

Yurd.Media Report-a istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında A.Paşazadə onunla görüşməyi özünə yaraşdırmadığını deyib:

"II Qaragenlə hələlik görüşmək istəmirəm. Onunla görüşməyi özümə yaraşdırmıram. Qaragen dini sifətindən başqa siyasi sifətə də bürünüb. Din adamının bu qədər siyasətə qoşulması düzgün deyil. Ona görə də onunla görüşmək fikrim yoxdur".

Prime Leasing