SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Şərikli işıq sayğacı işlədən qonşular məhkəməlik oldu

Şərikli işıq sayğacı işlədən qonşular məhkəməlik oldu

  • 29 iyun 2026, 21:57
İmişli

Şərikli işıq sayğacı işlədən qonşuların davası məhkəməlik oldu.

Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, İmişli rayonunda qonşular arasında elektrik sayğacı və işıq xətti ilə bağlı yaranan mübahisə fiziki qarşıdurma ilə nəticələnib və iş məhkəmə hökmü ilə yekunlaşıb.

İttihama görə, hadisə 2026-cı ildə İmişli rayonunun yaşayış məntəqələrindən birində baş verib. Qonşular arasında birgə istifadə olunan elektrik sayğacından yaranan işıq borcu və sərfiyyat məsələləri ilə bağlı mübahisə yaranıb. Gərginlik daha sonra qarşılıqlı təhqir və fiziki qarşıdurmaya çevrilib.

Zərərçəkmiş şəxsin iddiasına əsasən, təqsirləndirilən şəxs onu boğazından və saçından tutaraq yerə çırpıb, daha sonra isə sürüyərək müxtəlif bədən xəsarətləri yetirib. Nəticədə zərərçəkmişdə baş nahiyəsi və ətraflarda yüngül dərəcəli xəsarətlər qeydə alınıb.

Təqsirləndirilən şəxs isə ifadəsində ittihamları qəbul etməyib. O, mübahisənin işıq sayğacı və enerji sərfiyyatı ilə bağlı yarandığını, qarşı tərəfin sayğaca baltayla zərər vurduğunu, özünün isə yalnız vəziyyətin qarşısını almaq üçün müdaxilə etdiyini bildirib.

Məhkəmə tərəflərin ifadələrini, ekspertiza rəylərini və iş materiallarını araşdıraraq təqsirləndirilən şəxsin müdafiə xarakterli izahatını inandırıcı hesab etməyib.

Məhkəmənin hökmü ilə müttəhim Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə təqsirli bilinib və 1100 manat məbləğində cərimə cəzasına məhkum edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları