Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov vəfat edib.
Yurd.Media xəbər verir ki, o, 89 yaşında dünyasını dəyişib.
Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi və kollektivi olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə bağlı mərhumun ailəsinə başsağlığı verib.
"Müdafiə Nazirliyinin rəhbərliyi və kollektivi görkəmli dövlət xadimi, uzun müddət təhlükəsizlik orqanlarında və sərhəd qoşunlarında böyük xidmətləri olmuş istefada olan general-mayor Novruzov Abbasəli Ramazan oğlunun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - nazirliyin sosial media paylaşımında bildirilib.
Qeyd edək ki, general-mayor Abbasəli Novruzov 1937-ci ildə doğulub. O, ömrünün 57 ilini sərhədlərin mühafizəsi işinə həsr edib. 1979-cu ildə o vaxt Mərkəzi Komitənin 1-ci katibi olan Heydər Əliyevin təşəbbüsü ilə Əməkdar hüquqşünas fəxri adına layiq görülüb. 1994–2001-ci illərdə Sərhəd Qoşunlarına komandanlıq edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2017-ci il tarixli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunub.