Şəmkirdə piyadanı avtomobil vuraraq öldürüb.
Yurd.Media xəbər verir ki, Şəmkir rayon Dəllər Cəyir kəndində "VAZ-2106" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən F.Şirinovu vurub.
Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.