SÜJET

Süni intellekt Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Saleh Məmmədov idarə rəisini işdən çıxardı - Yerinə onun oğlunu TƏYİN ETDİ

Saleh Məmmədov idarə rəisini işdən çıxardı - Yerinə onun oğlunu TƏYİN ETDİ

  • 09 may 2025, 15:25
Bakı

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin (AAYDA) Şabran rayonu üzrə 3 nömrəli Yol İstismar İdarəsinin rəisi Rafiq Kərimov vəzifəsindən azad olunub.

Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədov tərəfindən müvafiq əmr imzalanıb.

Agentlik sədrinin digər əmrinə əsasən, həmin vəzifəyə Elməddin Rafiq oğlu Kərimov təyin edilib.

Qeyd edək ki, Elməddin Kərimov işdən azad edilən Rafiq Kərimovun oğludur.