Sabirabad sənaye rezidenti böyük məbləğdə cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qərar qəbul edilib.
Qərara görə, Sabirabad rayonu Qalağayın kəndində yerləşən Sabirabad sənaye rezidenti barəsində İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci (dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə) maddəsi ilə təqsirli bilinib və 2500 manat məbləğində cərimə edilib.
Bu qərardan qurum Sabirabad Rayon Məhkəməsinə müraciət edib. Nümayəndə inzibati xəta ilə bağlı qərarın ləğv edilməsini istəyib.
Sabirabad Rayon Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.