SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Saatlı sakinindən 5 kiloqram narkotik aşkarlandı

Saatlı sakinindən 5 kiloqram narkotik aşkarlandı

  • 19 may 2025, 16:37
Saatlı

Saatlıda yarımtikilidən 5 kiloqramdan artıq marixuana götürülüb.

Yurd.Media xəbər verir ki, Trend-in məlumatına görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə Dəllər kənd sakini Əbəlfəz Musayev saxlanılıb.

Belə ki, adıçəkilən şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı həyətdə olan yarımtikilidən 5 kiloqramdan artıq marixuana götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.

Prime Leasing