SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Qusara onlayn bilet aldı, kustar üsullu oturacaq verdilər - FOTO

Qusara onlayn bilet aldı, kustar üsullu oturacaq verdilər - FOTO

  • 18 avqust 2025, 11:10

Bakıdan Qusara sərnişin daşıyan mikroavtobuslar kustar üsulla hazırlanmış oturacaqlara bilet satır.

Yurd.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan şikayətdə qeyd olunur ki, Biletim.az elektron bilet satışı platforması vasitəsilə əldə edilən biletlər kustar üsulla hazırlanmış, heç bir sərnişin daşıma standartlarına uyğun gəlməyən və istismara yararsız oturacaqlara da satılır.

Hikmət Alıyev adlı sərnişin vurğulayıb ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə aid mikroavtobusa elektron bilet alarkən oturacağın normal, ya da kustar üsulla olduğunu müəyyən etmək mümkün deyil:

"Bu yerə bilet satanlar, avtobus sahibi 3 saata yaxın müddətdə burada fasiləsiz otura bilərmi?".

Prime Leasing