SÜJET

Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi Süni intellekt
Bayram günlərində Qərb bölgəsində daha bir qatar reysi

Bayram günlərində Qərb bölgəsində daha bir qatar reysi

  • 14 may 2026, 15:08
Gəncə

Qurban bayramı günlərində Qərb bölgəsində daha bir qatar reysi işə salınacaq.

Yurd.Media xəbər verir ki, Azərbaycan Dəmir Yolları” QSC (ADY) Qurban bayramı münasibətilə Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə əlavə reyslər təşkil edir.

Reyslər 27 may tarixində həyata keçiriləcək.

Məlumata görə, qatar Gəncədən Mingəçevirə saat 07:15-də, Mingəçevirdən Gəncəyə isə saat 08:40-da yola düşəcək.

Sərnişinlər biletləri ADY-nin rəsmi internet saytından, “ADY Mobile” tətbiqi vasitəsilə və ya Gəncə Dəmiryol Vağzalından əldə edə bilərlər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları