SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Qərbi Azərbaycan İcmasının Şəki şəhəri üzrə nümayəndəsi təyin olunub

Qərbi Azərbaycan İcmasının Şəki şəhəri üzrə nümayəndəsi təyin olunub

  • 15 fevral 2026, 20:24
Şəki

Şəki Şəhər İcra Hakimiyyətində “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” adlı iclas keçirilib.

Yurd.Media xəbər verir ki, iclasda Qərbi Azərbaycan İcmasının Şəki şəhəri üzrə nümayəndəsi ictimaiyyətə təqdim edilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin, əslən Qərbi Azərbaycandan olan ziyalıların, inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, Qərbi Azərbaycana qayıdış ideyasının təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu gün artıq qayıdış istiqamətində hərtərəfli işlər həyata keçirilir. Qərbi Azərbaycan İcması Prezident cənab İlham Əliyevin tapşırığı və tövsiyələri əsasında bu sahədə səmərəli fəaliyyət göstərir.

Sonra icra başçısı Qərbi Azərbaycan İcmasının Şəki şəhəri üzrə nümayəndəsi Ziya Vəliyevi ictimaiyyətə təqdim edib, ona fəaliyyətində uğurlar arzulayıb, Qərbi Azərbaycan İcmasının vəsiqəsini təqdim edib.

Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədr müavini, Qərbi Azərbaycan İcmasının Şəki şəhəri üzrə nümayəndəsi Ziya Vəliyev çıxışında ona göstərilən etimada görə Qərbi Azərbaycan İcmasının və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbirdə əslən Qərbi Azərbaycandan olan Qozlubulaq kənd tam orta məktəbinin sabiq direktoru, hazırda təqaüddə olan Novruzəli Abbasov, Qayabaşı kənd tam orta məktəbinin tarix müəllimi İlqar Nağıyev çıxış edərək azərbaycanlıların indiki Ermənistan ərazisindəki əzəli yurdlarından zorla köçürülməsindən, xalqımızın tarixini, mədəni, dini irsini hədəf alan vandalizm siyasətindən bəhs etmişlər.

Vurğulanıb ki, azərbaycan xalqı Prezident İlham Əliyevin apardığı uğurli daxili və xarici siyasət sayəsində Qərbi Azərbaycanlıların öz doğma torpaqlarına qayıdacağı günün uzaqda olmadığına tam əmindir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları