Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun növbəti oyunları keçirilib.
Yurd.Media xəbər verir ki, günün ilk matçında “Qarabağ” Şamaxı şəhər stadionunda “Karvan-Yevlax”ın qonağı olub. Ağdam təmsilçisi 2:0 hesablı qələbə əldə edib.
Turun bağlanış oyunu isə “Bank Respublika Arena”da “Sabah”la “İmişli” arasında keçirilib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 67-ci dəqiqədə Abbas Ağazadə vurub.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sumqayıt” öz meydanında “Şamaxı” ilə 1:1 hesablı heç-heçə edib, “Turan Tovuz” səfərdə “Neftçi”yə 1:0, “Zirə” evdə “Kəpəz”ə 5:0, “Araz-Naxçıvan” isə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəlib.