SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Fernandu Santuş AFFA-ya kompleks plan təqdim edib gedir

Fernandu Santuş AFFA-ya kompleks plan təqdim edib gedir

  • 08 sentyabr 2025, 15:34

2024-cü ilin sentyabrında mən işlədiyim digər federasiyalardakı layihələrin bənzəri olan, üzərində lazımi korrektələr edilmiş kompleks plan təqdim etdim.

Yurd.Media Sportnet.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçi postundan istefaya göndərilən Fernandu Santuş yaydığı vida müraciətində deyib.

"Ümidvaram ki, bu layihə AFFA-ya faydalı olacaq və gələcəkdə yaxşı nəticələrin əldə olunmasına imkan verən futbol istedadlarının tərbiyə və inkişafına lazımi investisiyaların qoyulmasında stimul rolunu oynayacaq", - portuqaliyalı mütəxəssis bildirib.

71 yaşlı mütəxəssisin müraciətində AFFA prezidenti Rövşən Nəcəfə, habelə, Azərbaycan xalqına bu dövrdə göstərdiyi qonaqpərvərlik və hörmətinə təşəkkür edib.

O qeyd edib ki, 2024-cü ilin iyununda federasiyanın qarşıya qoyduğu məqsəd AVRO-2028-in seçmə mərhələsi üçün rəqabətədavamlı komandanın hazırlanması, bu məqsədilə ölkənin futbol bazasının, o cümlədən, yarış strukturu və məşq prosesinin texniki və infrastruktur restrukturizasiyası ilə bağlı olmuşdu. 

Qeyd edək ki, Fernandu Santuş AFFA rəhbərliyi ilə qarşılıqlı razılaşma əsasında istefaya göndərilib.

Prime Leasing