SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Qarabağın Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadion dəqiqləşdi

"Qarabağ"ın Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadion dəqiqləşdi

  • 31 avqust 2025, 13:58

"Qarabağ" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.

Yurd.Media xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi saytında yer alıb.

Ağdam təmsilçisinin rəqiblərinə qarşı ev matçlarının keçirəcəyi stadion olaraq Tofiq Bəhramov adına Respublika Stadionu göstərilib.

Qeyd edək ki, Liqa mərhələsində "Qarabağ"ın səkkiz rəqibi olacaq. Bunlar "Çelsi" (evdə), "Liverpul" (səfərdə), "Ayntraxt" (evdə) "Benfika" (səfərdə), "Ayaks" (evdə), "Napoli" (səfərdə), "Kopenhagen" (evdə) və "Atletik Bilbao" (səfərdə) klublarıdır.

Prime Leasing