Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura iki oyunla yekun vurulacaq.
Yurd.Media xəbər verir ki, əvvəlcə Şamaxı şəhər stadionunda "Karvan-Yevlax" Ağdamən "Qarabağ" komandasını qəbul edəcək. Oyun saat 17:00-da başlayacaq.
Turun son qarşılaşmasında isə "Bank Respublika Arena"da "Sabah" ilə "İmişli"ni arasında matç keçiriləcək. Oyunun start fiti saat 19:30-da çalınacaq.
Qeyd edək ki, Premyer Liqada bu turun əvvəlki qarşılaşmalarında "Turan Tovuz" səfərdə "Neftçi"ni 1:0 hesabı ilə, "Zirə" öz meydanında "Kəpəz"i 5:0, "Araz-Naxçıvan" isə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib. "Sumqayıt" - "Şamaxı" qarşılaşmasında heç-heçə qeydə alınıb - 1:1.