SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Prezident İlham Əliyev: Ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun

Prezident İlham Əliyev: Ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun

  • 18 iyul 2025, 18:58
Xocalı

“Mən bu gün həm Təzəbinə kəndində, həm də Xanyurduda şəraitlə tanış oldum. Biz iki gözəl kəndi demək olar ki, yenidən bərpa etdik və sizin sərəncamınıza verdik”.

Yurd.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyulun 18-də Xocalının Xanyurdu kəndində bir qrup sakinlə görüşdə söhbəti zamanı söyləyib.

“Burada rahat yaşayın, xoşbəxt yaşayın, siz buna layiqsiniz. Siz uzun illər çətin şəraitdə yaşamısınız - çadır şəhərciklərində, vaqonlarda, yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə, orada-burada, çox çətin şəraitdə. Amma inamınızı itirməmisiniz. İnanırdınız ki, doğma Vətənə qayıdacaqsınız. O gün də gəldi. İndi də belə gözəl, mənzərəli, səfalı yerlərdə yaşayırsınız və bu onu göstərir ki, ədalət hər zaman zəfər çalmalıdır. Amma ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun”, - dövlətimizin başçısı qeyd edib.

Prime Leasing