SÜJET
"Azərbaycan və ABŞ münasibətlərində yeni səhifə açılır".
Yurd.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycan mediasına müsahibəsində bildirib.
"Mən ABŞ-yə səfərimin nəticələrini yüksək qiymətləndirəm. Prezident Donald Trampın dəvəti ilə ABŞ-də işgüzar səfərdə olmağım Azərbaycan-ABŞ münasibətləri üçün öməmli mərhələdir. İki ölkə arasında yeni səhifə açılır. Bu, əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsidir.
Prezident Trampla görüşümüz dostluq şəraitində keçdi, Strateji Tərəfdaşlıq Xatiyasının hazırlanması istiqamətində İşçi Qrupu yaradıldı. Nəqliyyat, təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlıq və digər məsələləri ehtiva edir. Bizim üçün böyük imkanlar yaranır. Azərbaycanı təmsil edəcək tərkib müəyyən olunub.
Səfərim çərçivəsində ABŞ-nin aparıcı şirkətləri ilə görüşlər oldu. Vaxt itirmək istəmirəm. Əvvəlki administrasiya dövründəki 4 il itirilmiş hesab edirəm. Bayden Administrasiyası dövründə ABŞ-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi",- dövlət başçısı deyib.