SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Bakıda IV Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO

Bakıda IV Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO

  • 29 sentyabr 2025, 17:19

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 noyabr) münasibətilə sentyabrın 27-dən noyabrın 8-dək şəhid jurnalistlərin xatirəsinə həsr olunan həvəskar komandalar arasında keçirilən IV Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi baş tutub.

Yurd.Media xəbər verir ki, açılış mərasimində Gənclər və İdman Nazirliyinin, Mətbuat Şurasının, Qərbi Azərbaycanın Çəmbərək rayon Ardanış Kənd İcmasının nümayəndələri, iştirakçı komandaların üzvləri, hərbçilər, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bakı Tennis Akademiyasının stadionunda təşkil olunan tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardından Azərbaycan Dövlət Himni səsləndirilib və yarış rəsmi şəkildə açıq elan olunub. Topa rəmzi ilk toxunuşu təşkilatçılar adından Əsgər İbrahimov edib.

Açılış mərasimindən sonra A və B qruplarında ilk qarşılaşmalar keçirilib:

27 sentyabr 

I tur

A qrupu

19:00 – “Real TV” – “Baku WS” – 2:1

B qrupu

20:00 – “AzTV” – “AZƏRTAC” – 6:0

Hər iki görüşü AFFA-nın hakimləri Mahir Məmmədov və Vüsal Balaşov idarə edib.

28 sentyabr

I tur

C qrupu

22:00 – “Dəmir Yumruq” – “Zəfər 44” – 5:3

D qrupu

23:00 – “İctimai TV” – “Veteranlar” – 3:3

Qeyd edək ki, turnirin informasiya dəstəkçilərindən olan Yurd.Media öz ilk oyununu oktyabrın 5-də “Zəfər 44" komandasına qarşı keçirəcək.

Prime Leasing