Azərbaycan Premyer Liqasında XII turun daha iki oyunu bu gün keçiriləcək.
Yurd.Media xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Qarşılaşma saat 15:00-da start götürəcək. Tovuz klubu 22 xalla ikinci pillədə qərarlaşıb. Naxçıvan təmsilçisi 19 xalla altıncı sıradadır.
Günün ikinci görüşündə "Qəbələ" "Zirə"nin qonağı olacaq. Bu oyun saat 17:30-da başlayacaq. "Qartallar" 20 xalla 5-ci, qonaqlar 5 xalla 11-ci sıradadır.
Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq. Ötən gün "Kəpəz" səfərdə "Karvan-Yevlax"ı (2:1), "Qarabağ"ı isə "Sumqayıt"ı (4:2) məğlub edib.