SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

  • 26 iyun 2025, 09:43

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.

Yurd.Media "Qafqazinfo"ya istinadla xəbər verir ki, müvafiq əmrə əsasən, bu vəzifəyə 44 günlük Vətən müharibəsi iştirakçısı polkovnik Etibar Məhərrəmov təyinat alıb.

Etibar Məhərrəmov Laçın rayonunun Sus kəndindəndir. O, müharibədə göstərdiyi xidmətlərə görə "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və digər medallarla təltif edilib.

Qeyd ed'k ki, Etibar Məhərrəmov bu vəzifədə general-leytenant Fazil Ağalarovu əvəz edib. General Ağalarov bir neçə ay əvvəl təqaüdə göndərilib.

Prime Leasing