SÜJET
Lerik rayonunda çalışan 67 və 68 yaşlı müəllimlər sertifikasiya imtahanında yüksək nəticə göstəriblər.
Yurd.Media Oxu.Az-a istinadən xəbər verir ki, Lerik rayon Elxan Qurbanov adına Lərmərud kənd tam orta məktəbinin riyaziyyat müəllimi 68 yaşlı Əfrəddin Abdullayev sertifikasiya imtahanında 56 bal toplayıb.
Həmçinin rayonun Əhəd Rzayev adına Orand kənd tam orta məktəbinin fizika müəllimi 67 yaşlı Müqabil Rəhimov sertifikasiya imtahanında 51 bal toplayıb.