Paytaxtın iri parklarından birində qurulacaq muzeyin təyinatı müəyyənləşdi.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Ceyhun Hacıbəyli küçəsində yerləşən yeni salınmış park ərazisində Təbiət Tarixi muzeyinin yaradılması, interyer işlərinin görülməsi, Muzeyin eksponatlarla təchiz edilməsi işlərinin aparılması nəzərdə tutulub.
Razılaşmaya əsasən, bu işləri “Fortis Construction” şirkəti həyata keçirəcək.
Müqaviləyə əsasən, sözügedən işlərin icrasına 22,5 milyon manat sərf olunacaq.