SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bakının bu parkında muzey qurulacaq - TENDER

Bakının bu parkında muzey qurulacaq - TENDER

  • 05 may 2026, 21:03
Bakı

Bakının Nərimanov rayonunda yerləşən parkda açıq səma altında muzey yaradılır.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Bakının Ceyhun Hacıbəyli küçəsində Təbiət Tarixi Muzeyinin yaradılması üçün 25,3 milyon manat vəsait ayrılıb.

Bu barədə "Bakı şəhər Əsasli Tikinti və Təmir" MMC müsabiqə elan edib.

Küçədə yerləşən yeni salınmış park ərazisində muzeyinin yaradılması, interyer işlərinin görülməsi, muzeyin eksponatlarla təchiz edilməsi işlərinin görülməsi üçün qalib şirkətə 25 milyon 323 min 735,09 manat ödəniş ediləcək.

Tenderlə bağlı təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi iyunun 23-nə təyin olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları