SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Azərbaycanda minik avtomobillərinin sayı 6%-ə yaxın artıb

Azərbaycanda minik avtomobillərinin sayı 6%-ə yaxın artıb

  • 07 sentyabr 2026, 17:47

Bu il yanvarın 1-nə Azərbaycanda 1 676 080 ədəd minik avtomobili olub.

Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 90 815 ədəd və yaxud 5,7% çoxdur.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycana 2 142 milyon ABŞ dolları dəyərində 113 840 ədəd minik avtomobili gətirilib. Bu isə 2024-cü ilə nisbətən 38,1% çoxdur. Ötən il ölkədə isə 4 038 minik avtomobili istehsal olunub. Bu isə əvvəlki illə müqayisədə 32,7% azdır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları