Yeni tədris ilinin başlamasına sayılı günlərin qalması ilə əlaqədar yollarda nəqliyyat sıxlığının artacağı gözlənilir.
Yurd.Media xəbər verir ki, problemin həlli yollarından biri kimi çevik iş qrafikinin tətbiqi təklif olunur.
Çevik iş qrafikinin tətbiqi yollardakı tıxacların azalmasına kömək edə bilər.
Mütəxəssislər AzTV-yə bildirirlər ki, belə bir rejimin tətbiqi iş yerlərində məhsuldarlığın artmasına səbəb ola bilər.
Hazırda isə yeni tədris ili ilə əlaqədar yollarda yarana biləcək sıxlığın qarşısının alınması üçün hansı tədbirlər görülür?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov məsələyə aydınlıq gətirib:
"Xətlərə əlavə edilən avtobuslarla gün ərzində 475 min sərnişinə xidmət göstərilir. Monitorinq Mərkəzi vasitəsilə sərnişin sıxlığına nəzarət edilir və avtobusların sayı tənzimlənir".