Azərbaycanın kollektor agentliyi - "KollektA" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Səhmdar cəmiyyəti ötən il 2,9 milyon manat xalis mənfəət əldə edib. Bu, 2024-cü illə müqayisədə 363,5 dəfə çoxdur.
Bu ilin əvvəlinə "KollektA"nın aktivləri ötən ilin əvvəlinə nisbətən 37 dəfə çox - 9,6 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 6,743 milyon manat (26,8 dəfə çox), balans kapitalı isə 2,9 milyon manat (324 dəfə çox), o cümlədən nizamnamə kapitalı cəmi 4 min manat (dəyişməyib) olub.