Azərbaycan Mərkəzi Bankı pul bazasının məbləğini açıqlayıb.
Yurd.Media xəbər verir ki, iyulun sonuna sözügedən göstərici 23,95 milyard manat təşkil edib.
Bu, iyunun sonu ilə müqayisədə 1,8% azdır.
Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 6,55 %, son 1 ildə isə 12,7 % artıb.