SÜJET
Bu ilin yanvar-may aylarında ADY-nin hərəkətdə olan qatarlarına 16 dəfə daş atılıb.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə azalma müşahidə olunsa da, ADY hərəkətin təhlükəsizliyinə yaradılan risklərin tamamilə aradan qaldırılması üçün müxtəlif tədbirlər həyata keçirir.
Qeyd edək ki, bu cür müdaxilələr nəticəsində
- qatardakı sərnişinlərin həyatına təhlükə yaranır;- qatarlara və infrastruktura ziyan dəyir;- bəzən qatar təcili dayanma etdiyi üçün qrafikdə gecikmələr baş verir.
Bu cür hallarla mübarizə aparmaq üçün davamlı maarifləndirmə işləri və dəmir yollarının ətrafında yaşayan sakinlərlə profilaktik söhbətlər aparılır, məktəblərdə təlimlər keçilir.
Xatırladaq ki, qatarların kamerasına düşən görüntülər əsasında daş atan şəxslər müəyyən edilərək qanunvericilik əsasında cərimələnirlər.