İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin fəxri fərmanı ilə təltif edilib.
Yurd.Media xəbər verir ki, bu, MDB-yə üzv dövlətlərin vergi xidməti rəhbərlərinin Koordinasiya Şurasının Tacikistanda keçirilmiş 33-cü iclasında baş tutub.
Azərbaycan rəsmisi Koordinasiya Şurasının 25 illiyi münasibətilə vergi inzibatçılığı sahəsində əməkdaşlığın inkişafına və Şuranın fəaliyyətinə verdiyi töhfəyə görə mükafatlandırılıb. Fəxri fərmanı onun adından iclasda iştirak edən müavini İlkin Vəliyev alıb.