Yasamalda gözəllik salonu lisenziyasız tibbi fəaliyyətə görə cərimələndi
Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Beauty Center” gözəllik salonunda yoxlama aparılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən aparılan plandankənar yoxlama zamanı gözəllik salonunun lisenziya olmadan özəl tibb fəaliyyəti ilə (kosmetoloji) göstərməsi faktı aşkar edilib.
Buna görə də İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə protokol tərtib edilib və 5000 manat məbləğində cərimə təyin olunub.
Bu qərardan narazı qalan gözəllik salonunun sahibi tərəfindən Yasamal Rayon Məhkəməsinə müraciət edib və Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin qərarının ləğv olunmasını istəyib.
Şikayətçi ərizəsini onunla əsaslandırıb ki, fərdi sahibkar kimi aidiyyatı vergi idarəsindən “bərbər” fəaliyyəti təsnifat kodu ilə qeydiyyatdan keçib və “Beauty Center” gözəllik salonu kimi fəaliyyət göstərir. Lakin Yasamal Rayon Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.
Bundan sonra şikayətçi Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, həmin şikayət də təmin edilməyib.