Dövlət Vergi Xidmətinin (DVX) Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsində kadr dəyişikliyi baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, markaların dövriyyəsinə nəzarət şöbəsinin rəisi Əşrəf Əliyev vəzifəsindən azad edilərək Təqib və izləmə sisteminə nəzarət şöbəsinin rəisi təyin olunub.
Markaların dövriyyəsinə nəzarət şöbəsinin rəisi vəzifəsinə isə Rüfət Xəlilli təyinat alıb. O, bir müddət əvvəl Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsində Operativ vergi nəzarəti şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdi.
Xatırladaq ki, Təqib və izləmə sisteminə nəzarət şöbəsinin rəisi Elşən Əmrahov isə bir müddət əvvəl Baş idarənin rəis müavini təyin olunub.