Neft-qaz, sənaye və infrastruktur sektorlarında mühəndislik, texniki xidmət və təchizat sahələrində fəaliyyət göstərən "Predsol" MMC-də yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Qəmər Nuriyeva şirkətin Reklam və marketinq şöbəsinin müdiri təyin olunub.
O, ötən ildən "Predsol" MMC-də fəaliyyət göstərir. Əvvəllər isə "Caspian Event Organisers"də işləyib.
Qeyd edək ki, "Predsol" MMC 2016-cı ildə Bakıda yaradılıb və neft-qaz, sənaye və infrastruktur sektorlarında mühəndislik, texniki xidmət və təchizat sahələrində fəaliyyət göstərən özəl şirkətdir.
Qəmər Nuriyeva