SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Ölkəyə gətirilən energetik içkilərdən dərman çıxdı

Ölkəyə gətirilən energetik içkilərdən dərman çıxdı

  • 30 oktyabr 2025, 19:15

Ölkəyə gətirilən energetik içkilərin tərkibində dərman maddəsi çıxıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yurd.Media-ya bildirilib ki, Türkiyədən Azərbaycana idxal olunmuş "Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler" müəssisəsinin istehsal etdiyi "Nitro Max" əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə olunan Sildenafil maddəsi aşkarlanıb.

Bildirilib ki, ümumi sayı 4656 ədəd olan məhsul partiyalarının (19.03.2025-19.03.2027 və 01.04.2025-01.04.2027-ci il istehsal və son istifadə tarixli) Azərbaycanın idxal tələblərinə, o cümlədən, qüvvədə olan texniki və hüquqi normalara cavab verməməsi səbəbindən "Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler" müəssisəsindən məhsul idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.

Uyğunsuzluq aşkarlanmış məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.

Prime Leasing
SPE Annual Caspian