SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Hərbçilərin pensiya hesablanmasında YENİLİK

Hərbçilərin pensiya hesablanmasında YENİLİK

  • 30 oktyabr 2025, 21:14

Nazirlər Kabinetinin yeni qərarı ilə hərbi qulluqçulara və pensiya təminatı zamanı onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiya təyinatı ilə bağlı qaydalar vahid normativ aktda birləşdirilib.

Yurd.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu vaxta qədər hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması, habelə bu barədə məlumatların təqdim olunması kimi eyni tənzimləmə sahəsinə aid və bir-biri ilə əlaqəli işlər müxtəlif qaydalar əsasında aparılırdı.

Bu sahədə müasir normayaratma tələblərinə uyğun təkmilləşdirmə işləri yerinə yetirilib və artıq bu istiqamətdə proseslər vahid normativ hüquqi akt, yəni yeni qərarla təsdiq edilmiş "Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları" əsasında aparılacaq.

Nazirlər Kabinetinin yeni yərarı müvafiq qanunvericilikdə texniki xarakterli bir sıra dəyişiklikləri də nəzərdə tutur.

Prime Leasing
SPE Annual Caspian