SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Bakıda bu 5 mərtəbəli binalar plana düşdü - VİDEO

Bakıda bu 5 mərtəbəli binalar plana düşdü - VİDEO

  • 30 oktyabr 2025, 08:38
Bakı

Bakının Nizami rayonunda 5 mərtəbəli binaların 16 mərtəbəli binalar əvəzləyəcək.

Yurd.Media xəbər verir ki, Nizami rayonundakı istismar müddətini başa vurmuş 5 mərtəbəli bir neçə yaşayış binası söküləcək. 

Layihəni həyata keçirən "Kursus Nizami" MTK-dan "Xəzər Xəbər"ə bildirilib ki, ərazidə 5 binanın söküntüsü baş tutacaq, 5 mərtəbəli köhnə binaları yeni, 16 mərtəbəli binalar əvəzləyəcək.

Qeyd olunub ki, sakinlərlə müqavilələr bağlanıb, buna uyğun olaraq bəziləri kompensasiya, bəziləri də inşa olunacaq yeni binadan mənzillərlə təmin olunacaqlar.

Qeyd edək ki, paytaxtın Binəqədi, Sabunçu və Suraxanı rayonlarında da istismar müddəti başa çatmış binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları