Binə qəsəbəsində bərbad vəziyyətə düşmüş yol sakinləri təngə gətirib.
Yurd.Media xəbər verir ki, sakinlərin sözlərinə görə, 179-cu küçə adanan ərazidə antisanitar vəziyyət yaranıb, yaşayış məntəqəsinə nə taksi, nə də təcili yardım gedir.
"Dəfələrlə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Deyirlər ki, bizlik deyil. Bizim əks-küçəyə asfalt çəkilib. Bir bu yol qalıb", - deyə sakinlər qeyd edib.
Xəzər Rayon İcra Hakimiyyətindən "Baku TV"nin sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunanlarla əlaqədar Binə qəsəbəsi, 179-cu küçəsi də daxil olmaqla qəsəbə ərazisində istismara yararsız yolların əsaslı təmiri və yenidənqurulması işlərinin dövlət investisiya proqramına əlavə olunması üçün müvafiq məlumatlar hazırlanıb və 15 aprel 2025-ci il tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təqdim edilib.