SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Müvəqqəti rəhbərlik edən şəxslər rəsmi olaraq rəis təsdiqləndi

Müvəqqəti rəhbərlik edən şəxslər rəsmi olaraq rəis təsdiqləndi

  • 17 sentyabr 2026, 21:18

Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi və İqtisadi təhlil idarəsində rəhbər vəzifələrə yeni təyinatlar rəsmiləşdirilib.

Yurd.Media "İqtisadiyyat.az"-a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə rəis təyin edilib.

Bununla bağlı DVX rəisi Orxan Nəzərli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Kamran Səfərəliyev Baş idarənin rəisi vəzifəsinə təsdiqlənib. O, bundan əvvəl Baş İdarənin rəis müavini vəzifəsində çalışıb və ötən ilin noyabrından rəis vəzifəsini müvəqqəti icra edib.

Bundan əlavə, müvafiq əmrlə Elçin Allahverdiyev isə İqtisadi təhlil idarəsinin rəisi vəzifəsinə təsdiqlənib. O, bundan əvvəl həmin idarənin rəis müavini olub və rəis vəzifəsini müvəqqəti icra edib.

Kamran SəfərəliyevKamran Səfərəliyev

Skat.az - Ev və Avtomobil elanları