SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Murovdağda regionun ən uzun yol infrastrukturu belə qurulur - VİDEO

Murovdağda regionun ən uzun yol infrastrukturu belə qurulur - VİDEO

  • 28 dekabr 2025, 19:06
Kəlbəcər

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Şərqi Zəngəzur və Qarabağda icra olunan ən mühim yol layihələrindən biridir.

Yurd.Media xəbər verir ki, ümumi uzunluğu 82 kilometr olan bu yol Göygöl və Kəlbəcər arasında birbaşa əlaqə yaradır.

Yolun Toğanalı-Kəlbəcər hissəsi 56, Kəlbəcər-İstisu hissəsi isə 26 kilometr təşkil edir.

Marşrutun 16 kilometrliyindən Murovdağ silsiləsi başlayır və relyef kəskin dəyişir.

Həmin dağ silsiləsinin sərt qayalarından keçən tunel Azərbaycan yol infrastrukturunda yeni mərhələni açıb.

Bu tunel Murovdağ silsiləsinin sərt və keçilməzliyinin qarşısını almaq üçün inşa edilib.

AzTV-nin hazırladığı reportajda görünür ki, burada isə yeni texnologiyalardan istifadə olunub.

İki il ərzində inşa edilən tunel qazma-partlama üsulu ilə ərsəyə gətirilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları