SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Mingəçevir şəhəri üzrə təhsil sektoruna yeni müdir TƏYİNATI - FOTO

Mingəçevir şəhəri üzrə təhsil sektoruna yeni müdir TƏYİNATI - FOTO

  • 28 aprel 2026, 17:24
Mingəçevir

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müvafiq əmri ilə Aslanov Rüstəm Namiq oğlu Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin edilib.

Yurd.Media xəbər verir ki, Rüstəm Aslanov 11 iyul 1995-ci ildə Mingəçevir şəhərində anadan olub.

O, əmək fəaliyyətinə 2020-ci ildə Zəngilan Rayon Təhsil Şöbəsində məsləhətçi kimi başlayıb. 2022–2025-ci illərdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunda aparıcı məsləhətçi, 2025–2026-cı illərdə isə Ağdaş rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb.

Hazırda Mingəçevir Dövlət Universitetində menecment ixtisası üzrə əlavə təhsil alır.

Ailəlidir, 2-ci dərəcəli dövlət qulluqçusudur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları