SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Milli Qəhrəman İsgəndər Aznaurovun xatirəsi anılıb

Milli Qəhrəman İsgəndər Aznaurovun xatirəsi anılıb

  • 22 avqust 2026, 22:14

Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn Azərbaycanın Milli Qəhrəmanı Aznaurov İsgəndər Söhrab oğlunun əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Yurd.Media-ya bildirilib ki, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.

"Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində çıxış edənlər şəhidimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətlərindən söz açaraq şərəfli həyat yolundan danışıblar.

Milli Qəhrəmanın ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər", - məlumatda qeyd olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları