SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Maliyyə Nazirliyi ictimai birliyi CƏRİMƏLƏDİ

Maliyyə Nazirliyi ictimai birliyi CƏRİMƏLƏDİ

  • 26 oktyabr 2026, 17:44

“Uğurlu Gələcək” İctimai Birliyində qanun pozuntusu aşkar olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən “Uğurlu Gələcək” İctimai Birliyində yoxlama aparılıb. 

Məlum olub ki, İctimai Birlik 2025-ci il üzrə maliyyə hesabatlarını protokolu tərtib edən orqana təqdim etməyib. 

Bununla da mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına yol verilib. 

Birliyin barəsində İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə protokol tərtib edilib. 

Səbail Rayon Məhkəməsinin qərarı ilə “Uğurlu Gələcək” İctimai Birliyi 1500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, “Uğurlu Gələcək” İctimai Birliyi müxtəlif sosial, gənclər, ekoloji və maarifləndirici layihələr həyata keçirən qeyri-hökumət təşkilatıdı. İB-nin sədri İsmayıl İsayevdir.

Skat.az - Ev və Avtomobil elanları