Mağazaya çörək almağa belə gedə bilmirik. Mal-qara da palçıq içində, pis vəziyyətdə qalır.
Yurd.Media xəbər verir ki, bunu Saatlı rayonunun Orta Muğan kəndinin qişda keçilməz yolları ilə bağlı sakinlər bildirirlər.
Onlar qeyd edirlər ki, neçə illərdir bu vəziyyətdə yaşayırlar:
"Xeyir-şərimiz çox çətin keçir. Qışda vəziyyət daha da pisləşir, hətta Kəndə təcili yardım gələ bilmir. Nəvəm xəstə olanda onu qucağımda daşımaq məcburiyyətində qalmışam".
Məsələ ilə bağlı Orta Muğan bələdiyyəsinin sədri Əli Əsgərov "Bakı TV"yə bildirib ki, problemin həlli üçün plan hazırlayırlar:
"Bizim nəzərdə tutduğumuz qrafikə əsasən, 2026-cı ilin iyun ayına qədər həmin yolların ən vacib hissələrinə çınqıl töküləcək. Beləliklə, yollar qismən də olsa, bərpa edilərək yararlı vəziyyətə gətiriləcək".