Leyla Əliyeva Parisdəki məşhur Luvr muzeyinin ilk xarici filialını ziyarət edib.
Yurd.Media xəbər verir ki, Luvr Əbu-Dabi Saadiyat adasında yerləşir. Fransız memar Jan Nuvel tərəfindən layihələndirilən muzey 2017-ci ilin noyabrında ziyarətçilərə açılıb.
Muzeyin daimi fondunda müxtəlif dövrləri və sivilizasiyaları əks etdirən çox sayda sənət əsəri nümayiş etdirilir. Bundan əlavə, tərəfdaş muzeylər tərəfindən təqdim olunan əsərlər də ekspozisiyada yer alır.
Sonra Leyla Əliyeva İbrahim Ailə Evi ("The Abrahamic Family House") ilə tanış olub.
2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan İbrahimin ailə evinin yaradıldığını elan edib. Bu unikal kompleks Əhməd Əl-Tayyib məscidini, Müqəddəs Fransisk kilsəsini və Musa bin Maymon sinaqoqunu eyni məkanda birləşdirir. Dini ibadətgahlarla yanaşı, burada ziyarətçilərin müxtəlif dinlərlə daha yaxından tanış ola biləcəkləri təhsil mərkəzi də fəaliyyət göstərir.