SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Kibertəhlükəsizlik üzrə yeni dövlət qurumu yaradılır

Kibertəhlükəsizlik üzrə yeni dövlət qurumu yaradılır

  • 02 iyun 2026, 17:43

Azərbaycanda kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu yaradılır.

Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Milli Kibertəhlükəsizlik Agentliyi" publik hüquqi şəxs yaradılır.

Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanla Milli Kibertəhlükəsizlik Agentliyinin Nizamnaməsi təsdiq edilib.

Agentliyin nizamnamə fondu dövlət orqanı üçün bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş və həmin dövlət orqanının öhdəliklərinin tam icra olunduğu tarixədək istifadə olunmamış vəsait hesabına formalaşdırılacaq.

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 4 üzvdən - sədr və onun 3 müavinindən ibarət İdarə Heyəti yaradılacaq.

Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

- Azərbaycan Prezidentinə:

- Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

- Agentliyin idarəetmə orqanlarının yaradılması;

- Agentliyin yenidən təşkili və ləğvi;

Nazirlər Kabineti Agentliyin dövlət qeydiyyatına alındığı gündən 1 ay müddətində bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan dövlət orqanının balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etməli və Agentliyin maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları